Təbii ki, qurban bayramı bir dini bayram olduğu üçün qurban seçərkən şəriətin müəyyənləşdirdiyi qaydalar əsas götürülməlidir. Amma görünən odur ki, insanlar dini qaydalarla yetərincə tanış deyillər. Ölkəmizdə qurban bayramında böyük əksəriyyətin məhz qoç kəsməyə üstünlük verməsi də bununla bağlıdır.
Yəni bir qoç kəməkdən daha çox imkanı olanlar, iki yaxud daha artıq qoç kəsmək əvəzinə iribuynuzlu heyvan da kəsə bilərlər. Bunun müsbət tərəflərindən biri də müsəlmanları bir birinə daha yaxın etməsi bayramı abu havasının daha geniş hiss ediləmsinə gətirib çıxarmasıdır.
Başqa bir yalnış fikir insanların yalnız erkək heyvan kəsməyə üstünlük verməsidir. Doğrudur bu daha məqəsədəuyğun hesab olunur. Amma dişi heyvanların qurban kimi kəsilməsi də qadağan edilmir.
Insanların riayət etməyi digər məqam isə qurbanlıq heyvanların yaşı ilə bağlıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, heyvanların yaşlarına və hansısa qüsuru olub-olmamasına diqqət edilməlidir.
Bundan başqa qurban ətinin bölünməsi də 3 istiqamətdə həyata keçirilməlidir.
Ağa Hacıbəyli onu da bildirir ki, qurban kimi kəsilən heyvanın heç bir hissəsi qurban sahibi tərəfindən pulla satıla bilməz. adətən qurbanlıq heyvandan geri qalan dəri başa ayaq kimi hissələr kəsim məntəqəsində qalır. onun oradan satılması isə qurban qəbul olunmasına heç bir xətər təşkil etmir. digər tərəfdən əgər kiminsə imkanı qurbanlıq qoç çatmırsa nisbətən ucuz olan keçi də kəsə bilər.