Xəbər verdiyimiz kimi Hindistanın Kerala ştatında 100 ilin ən güclü daşqınları can almaqda davam edir.
Fəlakət nəticəsində 300-dən çox insan həlak olub, 150 mindən çox adam müvəqqəti düşərgələrdə yerləşdirilib.
Ordu, Hərbi-Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Sahil mühafizəsi və təbii fəlakətlərə münasibət dövlət qurumu xilasetmə əməliyyatlarını davam etdirir./milli.az