Suriyada Vətəndaş Müharibəsi səbəbilə 7 ildir bir-birini görməyən iki qardaş Məkkə şəhərində Həcc ziyarəti zamanı təsadüfən qarşılaşıb.
Qardaşlar ağlayaraq qucaqlaşıblar. Onların ətrafındakı insanlar da göz yaşların hakim ola bilməyiblər.
Hadisənin görüntüləri sosial mediada yayılıb. Verilən bilgiyə görə, qardaşlardan biri İordaniyada, digəri isə Suriyada yaşayır./publika.az