Amerikanın Arizona ştatında 16 tibb bacısı hamilə qaldığını elan ediblər, CNN xəbər verir.
Xəstəxana əməkdaşları iddia edirlər ki, eyni vaxtda ana olmaq barədə əvvəlcədən razılığa gəlməyiblər.
Bütün tibb bacılarında doğuş 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək baş tutmalıdır. Onların hamısı 12 həftəlik dekret məzuniyyətinə göndəriləcək. Xəstəxana administrasiyasından eyni vaxtda bu qədər işçinin məzuniyyətə göndəriləcəyinə qabaqcadan hazırlaşdıqlarını bildiriblər.
Bundan başqa, hamiləlik dövründə tibb bacılarını bir neçə öhdəlikdən azad ediblər: onlara kimyəvi terapiya aparmaq və vərəm xəstələri ilə işləmək qadağan olunub.
Qadınların sözlərinə görə, yeməkxanaya birgə getməyi xoşlayırlar. Hamilə əməkdaşlar üçün kafedə menyunu genişləndirərək, ora duzlu xiyar və zeytun əlavə ediblər./oxu.az