Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.
Turun ilk oyunu "Markantoniyo" stadionunda baş tutub. "Kyevo" klubu "Yuventus" komandasını qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinski və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, "Real"dan "Yuventus"a transfer edilən Kristiano Ronaldo bu matçda debüt edib. 90 dəqiqə meydanda olub.