3-cü mikrorayon dairəsində hərəkət bundan sonra daha asan olacaq. Çünki Bakı Nəqliyyat Agentliyi dairədə hərəkətlə bağlı bir sıra yeniliklərin tətbiqinə qərar verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirir ki, 3cü mikrorayon dairəsi nəqliyyatın yüksək intensivliyinin müşahidə olunduğu üçün burada burda hərəkət axınının sürətləndirilməsinə böyük ehtiyac yaranıb.
Mayis Ağayev bildirir ki, əsas vacib məqamlardan biri isə ərazidə piyadaların təhlükəsiz hərəkətinə nail olmaqdır.
"Memar əcəmi" metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Bu isə hər hərəkət xətti üzrə avtomobillərin başqalarına mane olmadan rahat hərəkətini təmin etmiş olacaq.