Xəzər Xəbər

Paytaxtda kəsim yerləri bəlli oldu VİDEO

Veb TV | 20:59 • 18 Avqust 2018
Paytaxtda kəsim yerləri bəlli oldu

Qurban bayramı ilə əlaqədar paytaxtda artıq kəsim yerlərinin hazırlanması prosesi başa çatmaq üzrədir.

Palatka tipli kəsim mərkəzləri bütün tələb olunan təchizatlarla təmin olunub.

Kəsim yerlərində hazırlığın necə aparılması ilə bağlı Suraxanı rayonunun Hövsan qəsəbəsinə üz tutduq.

Onu da qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakının müxtəlif rayonlarında 33 müvəqqəti kəsim mərkəzi müəyyən edib. Bu kəsim mərkəzləri əhalinin sayından asılı olaraq bəzi rayonlarda 3, bəzilərində 2, bəzi rayonlarda isə 1 məkanda təyin edilib. Vətəndaşlar icra hakimiyyətlərinə müraciət etməklə bu məkanlarda qurbanlarını asanlıqla kəsə bilərlər.

 

Xəbər lenti

Çox oxunanlar