Ötən gün Bakıda avtobusların qarşısını kəsərək onların hərəkət etməsinə mane olan manyakla bağlı xəbər vermişdik. Xəbər efirdə yayımlandıqdan sonra ərazi üzrə polis şöbəsinin əməkdşları elə gecə saaatlarında həmin şəxsi saxlayıb. Bəs onun bu addımı atmasına səbəb nədir? Ətraflı indi təqdim edəcəyimiz süjetdən biləcəksiniz.
Bir neçə gündür Bakıda avtobus sürücülərinə qənim kəsilən şəxs tutuldu.
Söhbət Nərimanov rayonu Xətai prospektində 199 və 11 saylı maşrurt avtobuslarının sonuncu dayanacağında sürücüləri və sərnişinləri bıçaqla hədələyən şəxsdən gedir. Həmin sürücülər''Xəzər Xəbər''ə məlumat vermişdilər ki, bir nəfər hər gün sərxoş vəziyyətdə gəlib onların fəaliyyətinə mane olur. Daha doğrusu avtobusun qarşısını kəsir, sərnişinləri məcburi qaydada avtobusda düşürür.
Ötən gün sözügedən problemi efirdə yayımladıqdan sonra Nərimanov rayon 18-ci polis şöşbəsinin əməliyyatçıları ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayevi saxlayıblar. Nəbi Ağayev deyir ki, kartında gediş haqqı olmadığı üçün avtobusa minərkən kartını vurmayıb. Sürücü də ondan avtobusdan düşməsini tələb edib. Elə hadisə də bundan sonra yaranıb. Saxlanılan şəxs hadisə zamanı sərxoş vəziyyətdə olduğunu və etdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, bu Nəbi Ağayev bu şəkildə bir neçə gün həmin əraziyə gələrək 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.Lakin, Nəbi Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb.O, bu dəfə inzibati xəta törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydadahəbs edilib.