Xəzər Xəbər

Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artdı VİDEO

Veb TV | 20:51 • 18 Avqust 2018
Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artdı

Son üç ildə təkcə ərəb ölkələrindən gələn turistlərin sayı 100 dəfə artıb. Turizmin sıçrayışlı artımı müvafiq qurumları da hərəkətə keçirib.Dövlət Turizm Agentliyi balansında olan 7 dövlət qoruğunun turizm imkanlarını genişləndirəcək. Qoruqlarda turistlərin əyləncəli və gözəl vaxt keçirmələri üçün bütün lazımı şərait yaradılacaq.

Son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilərin sayı 100 dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana cəmi 380, BƏƏ-dən 551, İraqdan 917 nəfər gəlib. 2017-ci ildə isə Səudiyyə Ərəbistanından Azərbaycana 33 min, Birləşmiş Ərəb Əmirliklərindən 102 min, İraqdan 62 min nəfər gəlib.

Ərəb turistlərinin sayının çoxalmasının başlıca səbəbləri viza rejminin sadələşdirilməsi və azərbaycan təbiətininfüsunkar gözəlliyidir.

Həmçinin, hər fəsilə uyğun turistlər üçün istirahət imkanlarının yaradılması, üstəlik ərəblər üçün azərbaycanda ov etmə imkanının olması turistləri cəlb edən başlıca amillərdədir.

Ildən ilə artan turist axını aidiyyatı qrumları da hərəkətə keçirib. Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 dövlət qoruğunun turizm imkanları genişləndiriləcək. Milli qoruqlarda yerli və xarici turistlərin rahatlığını təmin etmək məqsədi ilə yeni infrastruktur layihələr reallaşdırılacaq

Qurum artıq tabeliyində olan Atəşgah, Yanardağ, Xınalıq, Lahıc, Basqal və Kiş və yuxarı baş qoruqlarında monitorinqlər aparıb və ilkin görüləcək işləri müəyyənləşdirib.

Kənan Quluzadənin sözlərinə görə, milli qoruqlardan sayılan xınalığın turizm imkanları xeyli genişləndiriləcək.

Qeyd edək ki, milli qoruqlarla bağlı hazırlanan konsepsiya turizm sahəsində səmərəliliyi daha da artıracaq.

Xəbər lenti

Çox oxunanlar