Takayuki Todo tərəfindən hazırlanan "The Simulative Emotional Expression Robot" və ya "SEER" insanla göz təması qura və onun emosiyalarını imitasiya edə bilən robotdur.
Tech Crunch xəbər verir ki, robot yaxınlıqda olan şəxslə göz təması qurur, onun emosiyalarını kamera vasitəsilə tanıyır və üzündə əks etdirir. "SEER"in uşağabənzər sifəti ona qarşı müsbət emosiya yaradır.
Layihənin gələcəkdə daha da inkişaf etdirilməsi gözlənilir.