Xəzər Xəbər

Səyahət sığortasına niyə maraq yoxdur? VİDEO

Veb TV | 20:55 • 16 Avqust 2018
Səyahət sığortasına niyə maraq yoxdur?

Xarici ölkələrə turizm şirkətləri vasitəsilə gedən vətəndaşlar sığorta edilirlər. Ölkə daxili səyahətlər zamanı isə nə sığorta şirkətləri, nə də vətəndaşlar bunda maraqlıdırlar. Hərçənd ki, fərdi qəza sığortasından istifadə insanları bədbəxt hadisələrdən sonra alınacaq xəsarətlərdən sığortalayır.

Azərbaycanda ölkədaxili səyahətə gedənlər özlərini sığortalamırlar. Bu tendensiya uzun müddətdir ki, davam edir.

Şəxsi sığorta növlərindən sayılan fərdi qəza sığortası ölkədaxili səfər zamanı baş verəcək bədbəxt hadisələrdən zamanı alınan xəsarətdən sığortalanmaq üçün tətbiq edilir. Fərdi qəza sığortası özündə yüngül - ağır xəsarətlər, 1,2,3-cü dərəcə əlillik və ölümə görə təminatı ehtiva edir.Azərbaycan Sığortaçılar Assossiasiyasının rəhbəri Mustafa Abbasbəyli deyir ki, bu sığorta növünə marağın az olmasının müxtəlif səbəbləri var.

Mustafa Abbasbəylinin sözlərinə görə vətəndaşlar istədikləri məbləğdə sığorta ödənişi üçün müqavilə bağlaya bilərlər. Sığorta haqları da buna uyğun hesablanır

Ekspert deyir ki, səyahət zamanı hansısa bədbəxt hadisə hansısa obyektin səhlənkarlığı ucbatından baş verərsə sığorta ödənişi verilməsi ləngiməməlidir.

Mustafa Abbasbəylinin sözlərinə görə ölkədə icbari tibbi sığorta tam tətbiq edildikdən və tibbi xidmətlərin səviyyəsi daha da yüksəldikdən sonra fərdi qəza sığortasına ehtiyac olmayacaq.


Xəbər lenti