Xəzər Xəbər

Bu dayancaqdan istifadə TƏHLÜKƏLİDİR VİDEO

Veb TV | 20:54 • 16 Avqust 2018
Bu dayancaqdan istifadə TƏHLÜKƏLİDİR

Bakıda tikinti aparmaq məqsədi ilə dayanacaq ərazisi zəbt edilib. Bununla bağlı vətəndaşlar Bakı Nəqliyyat Agentliyinə məlumat veriblər. Ərazi baxış keçirilib və həqiqətən də dayanacağın ərazisinin zəbt edilməsi ilə yanaşı həm də ona xeyli zərər vurulduğu aşkar edilib.

Dayanacağın ətrafı hasarlanaraq zəbt edilib.

Görüntülər paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsindəndir. Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev ''Xəzər Xəbər''əbildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, həqiqətən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb.

Çəkiliş zamanı şahidi olduq ki, ərazidəki bu vəziyyətə görə heç bir avtobus burda dayanmır. Sərnişinlər də belə vəziyyətdə çətinlik çəkdiklərini deyirlər.

Ərazidə olduğumuz zaman özünü Allahverdi kimi təqdim edən bu şəxs dayanacağın çoxdan yararsız halda olduğunu bildirdi. O, dayanacağın arxasında olan köhnə hasarın sökülərək yenisinin tikilməsi üçün işlərin aparıldığını deyir.

Bakı Nəqliyyat Agentliyi hazırda dayanacaq məntəqəsinə dəymiş zərər hesablayır. Məsələnin ictimailəşdirilməsindən sonra günün ikinci yarısında qanunsuz çəkilən hasarı sökülüb.

Xəbər lenti

Çox oxunanlar