Bakı-Qazax avtomagisrtalında iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb.
Hadisə yolun Goranboy rayonundan keçən hissəsində baş verib. "Ford” markalı yük maşını iritonnajlı "Kamaz”-a çırpılıb.
Nəticədə avtomobilin daşıdığı yağ yola dağılıb.
Qəza zamanı xəsarət alan sürücünü təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmdov Goranboy rayon Xəstəxanasına çatdırıb.
Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Digər yaralı isə təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.