Şəki rayonunun Kiş kəndində ev tikən usta 2 metr hündürlükdən yıxılaraq ölüb.
Yaxınlarının dediyinə görə, 60 yaşlı Nurəli Mürsəlov məsafə az olsa da yerə başı üstə düşüb və aldığı zərbədən huşunu itirib.
Xezerxeber.az-ın məlumatına görə, qohumları onu Şəki rayon xəstəxanasına aparsalar da həyatını xilas etmək mümkün olmayıb.
Nurəli Mürsəlov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: