Xəzər Xəbər

Taxıl sahələrini yandıran iki nəfər saxlanıldı - VİDEO

Veb TV | 20:09 • 11 Avqust 2018
Taxıl sahələrini yandıran iki nəfər saxlanıldı -

Bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilib və polis şöbəsinə dəvət ediliblər. Rayon sakinləri - Rahim Qurbanov və Sirac Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub.

Yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Rayon polis şöbəsindən bildirilib ki, torpaq sahələri özlərinə məxsus olsa belə, yandırıldığı zaman torpaga ziyan dəydiyinə görə həmin şəxslər məsuliyytə cəlb olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar