Bakıda narkotik tərkibli bitkiləri əkib-becərən şəxs tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadəni saxlayıb. Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 6 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Aqşin Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
Balakən polisi də narkotik tərkibli bitkiləri əkib-becərən şəxsi saxlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Tülü kəndi ərazisindəki sahibsiz kolluğa baxış keçirilib. Baxış zamanı oradan kultivasiya üsulu ilə yetişdirilən, 60 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitkilər maddi sübut kimi götürülüb. Çətənə kollarına xüsusi qulluq göstərən və qoruyan kənd sakini İsmayıl Murtuzəliyev də saxlanılıb. Saxlanılan şəxsdən həmçinin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, ərazini qorumaq üçün qanunsuz saxladığı tüfəng və digər xəsaitlər maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: