Avqustun 15-dən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.
Xezerxeber.az-ın məlumatına görə, hazırlıq qruplarına cari ilin dekabrın 31-ə qədər 5 yaşı tamam olmuş uşaqlar qəbul edilir. Könüllülük prinsipi əsasında həyata keçirilən bu proses bir neçə ildir davam edir və 2018-2019-cu tədris ilində 5 yaşlı şagirdlərin 75 faizini əhatə edəcək.
Sənəd qəbulu üçün mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Sənəd qəbulu zamanı ərazi və zaman prinsipi əsas götürüləcək. Yəni ilk olaraq məktəbin yaxınlığında yaşayan uşaqlar qəbul ediləcəklər. Təbii ki, bütün şagirdlərin eyni məktəbə qəbul edilməsi maddi-texniki baxımdan mümkün deyil. Bu zaman daha tez müraciət edənin sənədləri qəbul edilir.
Məktəbəhazırlıq qruplarında təhsil dövlət vəsaiti hesabına həyata keçirilir və 1 illikdir.
Sənəd qəbulu sentyabrin sonuna qədər davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: