Xəzər Xəbər

Gömrük yığımlarının artırılması bahalaşmaya səbəb olmayacaq - Səfər Mehdiyev - VİDEO

Veb TV | 20:14 • 8 Avqust 2018
Gömrük yığımlarının artırılması bahalaşmaya səbəb olmayacaq -

Gömrük yığımlarının artırılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı qiymətlərin bahalaşmasına səbəb olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, gömrük yığımları spesifik sahələri əhatə edir. Yəni faizlə hər hansı bir malın dəyərinə hesablanan yığım deyil. 

Ölkədə kiçik və orta biznes subyektlərinin inkişafına dəstəkdən danışan komitə sədri kiçik və orta sahibkarların işini asanlaşdırmaq üçün onlardan gələcək təkliflərə hər zaman hazır olduqlarıını deyib. 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Məqsəd kiçik və orta sahibkarlara dövlət dəstəyini artırmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar