Ukrayna Silahlı Qüvvələrinin qanunla müəyyənləşdirilmiş hərbi salamı rəsmən dəyişdirilib.
AzVision.az "İzvestiya”ya istinadən bildirir ki, bundan sonra hərbi qulluqçular hərbi salam zamanı "Salam, yoldaşlar!” əvəzinə "Yaşasın Ukrayna!” deyəcəklər. Hərbi salama cavab kimi isə "Sağ olun!” əvəzinə "Qəhrəmanlara salam olsun!” ifadəsi işlənəcək.
Qeyd olunur ki, bu cür hərbi salamlaşma forması vaxtilə nasistlər arasında geniş yayılmışdı.