Xəzər Xəbər

17 yaşlı oğlan göldə boğulub - Bu il ali məktəbə daxil olubmuş - VİDEO

Veb TV | 20:26 • 29 İyul 2018
17 yaşlı oğlan göldə boğulub -

İsmayıllıda bu il ali məktəbə qəbul olan 17 yaşlı oğlan göldə boğulub.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə İsmayıllının Buynuz kəndində baş verib. Rayon mərkəzində yaşayan 17 yaşlı Əsəd Hacıyev dostları ilə birgə göldə çimməyə gedib. Onlar suya girdikdən bir neçə dəqiqə sonra Əsəd huşunu itirib və göldə boğularaq dünyasını dəyişib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əsəd Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olubmuş.

Sumqayıtda isə 70-75 yaşlarında kişi dənizdə batıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin dənizdə batması barədə məlumat daxil olduqdan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kişi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda onun kimliyi müəyyənləşdirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar