Xəzər Xəbər

Şimal bölgəsində yenidən meşə yanğınları başlayıb - VİDEO

Veb TV | 20:30 • 29 İyul 2018
Şimal bölgəsində yenidən meşə yanğınları başlayıb -

Şimal bölgəsində yenidən meşə yanğınları baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb. Məlumata görə, ərazidə əsən külək yanğının meşəlik və çətin keçilən dağlıq əraziyə keçməsinə səbəb olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və aviasiya dəstəsinin 1 ədəd "Mi-17" helikopteri hadisə rayonuna cəlb edilib.Ərazidəkiyanğınlar qismən söndürülüb. Alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb. Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur. Yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şimal bölgəsində ötən gün başlayan yanğınların isə yayılmasının qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Siyəzənin Ərziküş və Köhnə Quşçu kəndləri, Şabranın Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb. Tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar