Sabirabadda kanalizasiya xətti üçün qazılan ərazilər zibilxanaya çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, Sabirabadda aprel ayında kanalizasiya çəkilişinə başlanılıb. Lakin qısa müddətdən sonra işlər dayanıb. Qazılan ərazilər isə tullantı poliqonuna çevrilib.
Sabirabadın Vüqar Əhmədov küçəsindəki səkilərin kənarları qazılaraq kanalizasiya və çirkab sularının axıdılması üçün işlərə başalnılıb. Lakin başlanılan iş elə olduğu kimi də qalıb. Açıq formada qalan kanallar isə həm təhlükə, həm də xəstəlik mənbəyinə çevrilib.
Sakinlərin sözlərinə görə, ərazidə bir neçə dəfə xoşagəlməz hadisə də yaşanıb.
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Sabirabadda kanalizasiya sisteminin qurulması ilə bağlı layihə tam hazırdır. Sadəcə olaraq vəsaitin ayrılması qalıb. Vəsait ayrılan kimi yarımçıq qalan işlər davam etidiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: