Avtomobil parkında baş vermiş partlayış 4 nəfərin ölümü ilə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıtda, avtomobil təmir sexində baş verib. Sexdə partlayış zamanı orada dayanmış 1 minik avtombili və içərisi soyuducularla dolu olan 1 yük maşını yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb.
Yanıq xəsarətləri almış 5 nəfər -Akif Quliyev, Rövşən Məlikov, Fərhad Rüstəmov, Müsü Məlikov və Yanar Mustafayev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Müsi Məlikov aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 4 nəfərin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Onlardan üçü - Rövşən Məlikov, Akif Quliyev və Fərhad Rüstəmov elə paytaxtdakı xəstəxanada dünyalarını dəyişiblər. Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, ötən gün Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılıb. Həmin vaxt yanacaq çəni partlayıb və sözügedən hadisə baş verib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü - "əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: