Xəzər Xəbər

Xaricdən Azərbaycanı təhdid edən yeni dini ekstremis peyda olub - VİDEO

Veb TV | 19:16 • 29 İyul 2018
Xaricdən Azərbaycanı təhdid edən yeni dini ekstremis peyda olub -

Xaricdən idarə olunan və üzvlərinin çoxu Azərbaycan vətəndaşlığını itirərək qonşu ölkələrdə yaşayan bir qrup radikal dindar baş verən Gəncə olayından sonra özlərinə yaxın internet resurslarında Azərbaycan dövlətinə qarşı açıq çağırışlar etməyə başlayıblar.

Yunis Səfərovun xanımının öz terrorçu əri haqqında "Ar-rad TV" vasitəsilə sərsəmləmələrinin ardınca, indi də həmin kanalda özünü "ilahiyyatçı alim" kimi təqdim edən Orxan Məmmədov sayıqlamaqdadır.

Dini ekstremist qüvvələrin bu dəfəki siyasi aləti olan Orxan Məmmədovun Azərbaycan dövlətinin konstitusion quruluşunu dəyişməyə yönələn cinayətkar çağırışları bu destruktiv şəbəkənin mahiyyətini ortaya qoyur. Sual olunur: kimdir bu Orxan Məmmədov!

Vaxtilə Qum şəhərində təhsil alıb, "hicab müdafiəçisi" kimi sekulyar sistemin əleyhinə fəallıq göstərib, 2000-ci illərin ikinci yarısından etibarən bir neçə dəfə polis tərəfindən saxlanılıb. Bir neçə il öncə isə daimi yaşayış yeri kimi yaxın qonşu ölkələrdən birini seçib.

Terror təbliğatçısının istər "Ar-Rad TV"-də, istərsə də "Hüseyniyyun" adlı səhifədə "xalqın yiyəsi bizik" mesajları bu şəxsin imkanlarından çox yuxarı tullanaraq Don Kixot xislətinin oldugunu üzə çıxarır. Gəncləri islama aidiyyati olmayan zərərli ideyalarla zəhərləməyə çalışan, terrora haqq qazandıran, Gəncədə baş verən hadisələr zamanı qətlə yetirilən zabitlərin heysiyyatına toxunan, imkan düşdükcə işgalçı Ermənistanı nümunə gətirən bu "teoloqun" ermənipərəsət dairələr tərəfindən "verbovka" edildiyi şərhə ehtiyac duymur. Belə ki, vaxtaşırı yaxın qonşu ölkələr arasında tez-tez yer dəyişən Məmmədovun təlimata uygun mesajları onun marionet funksiya daşıdıgını tam əks etdirir.

Məmmədovun "Ar-Rad TV"dəki son bəyanatları da birbaşa Azərbaycan dövləti əleyhinə yönəlib. Onun insanları kütləvi itaətsizliyə çagırması, açıq-aşkar terrorla hədələməsi, dini zəmində ölkədə mövcud olan sabitliyə ziyan vuran çağırışları bu "din xadimi"nin qaranlıq niyyətlərini göstərir. Bu destruktiv qüvvələr hələ də anlamırlar ki, Azərbaycan dövlətçiliyini sarsıtmaga gücləri yetməz. Orxan Məmmədov, yalnız öz düşüncəsində olan dini ekstremist qüvvələrə sərsəm moizələr oxuya bilər. Azərbaycan dövləti din pərdəsi altında spekulyasiya edən qüvvələrin və dövlətin konstitusion quruluşunu dəyişməyə yönələn cinayətkarlıq aktların qarşısını bundan sonra da qətiyyətlə alacaq.

Xatırladaq ki, bu günlərdə Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu da zərərsizləşdirilib. Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib. Bu fakt bir daha göstərir ki, terrorçulugun axırı yoxdur və ölkədə qarşıdurma yaratmaq istəyən və xalqı terrora səsləyən destruktiv qüvvələrə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bu cür addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti