Xəzər Xəbər

Təndir çörəyinə tələbat çoxalıb - VİDEO

Veb TV | 20:43 • 29 İyul 2018
Təndir çörəyinə tələbat çoxalıb -

Yağlı fətir və ya fəsəli, ət, göy qutabı, bir də isti çörək... Qutablar sacda, çörək isə təndirdə bişirilir. Göz önündə xəmir yoğrulur, kündələnir və təndirdə bişirilir. Yəqin ki, istirahət üçün bölgələrə üz tutan hər kəs yol boyu bu görüntülərlə qarşılaşır.

Xezerxeber.az-ın məlumatına görə, bu işlə məşğul olanlar deyirlər ki, təndir çörəyinə təlabat bu yay daha da artıb, bəzən gün ərzində 200-ə yaxın təndir çörəyi satılır.

Amma alıcılar təkcə əcnəbilər deyil. Təndir çörəyinə üstünlük verənlərin əksəriyyəti yerli turistlərdir.

Gün ərzində orta hesabla 2-3 kisə un istifadə edilir. Qiymətə gəlincə isə, 1 ədədi 50 qəpikdir. Amma ölçü və çəki artdıqca çörəyin qiyməti də dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti