Xəzər Xəbər

Salyanda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb - VİDEO

Veb TV | 18:14 • 29 İyul 2018
Salyanda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb -

Salyanda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Salyanın Qalalı yaşayış massivində baş verib. Ailəsi ilə birlikdə Bakıya getməyə hazırlaşan 2 yaşlı Məmmədəli Rəhimov nəzarətsiz qalıb və eyvandakı divanın üstünə qalxıb. Sonra isə əllərini pəncərədəki qoruyucu tora söykəyib və tor ağırlığa tab gətirməyərək yerindən çıxıb. 

Azyaşlı qoruyucu torla birlikdə beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Şahidlərin sözlərinə görə, uşaq əvvəlcə yaşayış binasının həyətindəki ağacın üzərinə, ordan isə yerə düşüb. Məmmədəli Rəhimov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Məmmədəliyə lazımi tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti