Astarada maskalanaraq evə basqın edən şəxs ordan külli miqdarda pul götürərək aradan çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət Astara rayonunun Şahağac kəndində qeydə alınıb. Axşam saatlarında üzünə maska geyinmiş naməlum şəxs kənd sakini Bəhriyə Mirzəyevanın evinə girərək əlindəki bıçaqla və mişarla ev sahibini hədələyərək ondan pul tələb edib. Daha sonra evin xanımına yumruqla xəsarət yetirən naməlum şəxs həyətdəki avtomobildən 5 min rubul və 2 min manat pulu götürərək ərazidən uzaqlaşıb. "İsti izlərlə" keçirilən əməliyyat zamanı hadisəni törədən rayon sakini Rövşən Abdullayev şübhəli şıxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb istintaq davam edir.
Lənkəranda isə mərkəzi bazarda piştaxdadan uşaq geyimləri oğurlanıb. Oğurluq hadisəsi Ramin Axundova məxsus uşaq geyimləri satılan mağazada baş verib. Zərərçəkmiş hadisədən təhlükəsizlik kamerasına baxarkən xəbər tutub. Kadrlardan aydın olur ki, orta yaşlı dörd qadın azyaşlı uşaqları ilə birlikdə mağazaya gəlib. Qadınlardan biri mağazanın bayır tərəfindəki piştaxtaya yaxınlaşaraq mallara göz gəzdirir. Sonra şalvarlardan birini götürüb gözəyarı ölçür, sonradan yerinə qoyur. Bu zaman digər iki qadın alıcı qismində ora yaxınlaşır. Birinci qadın sıxlıqdan istifadə edərək həmən şalvarı yenidən götürür, digər qadına göstərirmiş kimi hərəkət edir və şalvarı əlindəki sellofan torbaya qoyur. İkinci qadının götürdüyü malı da gizlədir. Beləcə, qadınlar mağazadan növbə ilə bir neçə məhsulu oğurlayırlar.
Zərərçəkmiş Ramin Axundov deyir ki, təqribən dəyəri 25-30 manat arası 6-7 uşaq şalvarı oğurlanıb. Artıq hadisə ilə bağlı polisə də müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: