Xəzər Xəbər

Lerikdə hamilə qadın döyülüb - Zakirə Fərəcova komadadır - VİDEO

Veb TV | 19:44 • 28 İyul 2018
Lerikdə hamilə qadın döyülüb -

Lerikdə hamilə qadın həyat yoldaşı və qaynı tərəfindən döyülüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Lerikin Orand kəndində baş verib. Kənd sakini, 24 yaşlı Zakirə Fərəcova həyat yoldaşı Talıb Fərəcov və qaynı tərəfindən döyülüb. O, döyüldükdən sonra gecə saat 3 radələrində ağır vəziyyətdə özünü atasının evinə çatdırıb, həyətə çatanda isə huşunu itirib.

Zakirə Fərəcova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına 13-14 həftəlik hamiləlik və sağ gözün hemotoması diaqnozu qoyulub. Daha sonra o, müayinə olunmaq üçün Diaqnostika Mərkəzinə göndərilib.

Atasının sözlərinə görə, Zakirə Fərəcova bibisi oğluna ərə gedib. Bundan əvvəl də oxşar hal baş verdiyindən qızın atası Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Hazırda Zakirə Fərəcova komadadır.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti