Xəzər Xəbər

Çimərlik geyimləri ucuzlaşıb - Hicablı qadınlar üçün olan çimərlik geyimlərinə tələbat artıb - VİDEO

Veb TV | 19:50 • 28 İyul 2018
Çimərlik geyimləri ucuzlaşıb -

Paytaxtdakı satış məntəqələrində çimərlik geyimlərinin qiyməti ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, yayın bitməsinə sayılı həftələr qalmış, geyimlər alıcılara daha aşağı qiymətlərlə təklif olunur.

Satıcılar deyirlər ki, növbəti mövsüm yeni dəbli mallar gətiriləcək və bu geyimlərə təlabat az olacaq. Elə bu səbədən də qiymətlər aşağı endirilib ki, yeni mövsümə köhnə mallar qalmasın.

Satışda hicablı xanımlar üçün olan çimərlik geyimləri də var. Satıcılar, son illər belə geyimlərə təlabatın artığını bildirib.

Kişilər üçün nəzərdə tutulmuş geyimlərin və aksesuarların da hər birində 5-10 manat ucuzlaşma müşahidə olunur.

Satıcılar bildirirlər ki, avqust ayının 15-dən sonra qiymətlər bir az da enəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar