Xəzər Xəbər

Bu keçirilən imtahanda səhv sual olub? - İDDİA və RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:33 • 26 İyul 2018
Bu keçirilən imtahanda səhv sual olub? -

Bu gün Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üzrə keçirdiyi II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallar 91 saylı test tapşırığıdır. Onun sözlərinə görə, həmin test tapşırığında verilən sualın hər iki cavabı doğrudur.

Kamran Əsədov, suallar arasında orta ümumtəhsil məktəblərinin dərsliklərində olmayan və ya mübahisəli test tapşırıqlarının oludğunuu da iddia edir.

Təhsil ekspertinin sözlərinə gorə, test tapşırıqlarındakı ziddiyətli suallar bununla bitmir.

Dövlət İmtahan Mərkəzindən (DİM) isə iddiaları təkzib ediblər.

DİM-dən "Xəzər Xəbərə" verilən məlumata görə, ali məktəblərə qəbul üzrə keçirilən II və III ixtisas qrupu üzrə test tapşırıqlarında heç bir yalnışlıq yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar