Xəzər Xəbər

Bakını bürüyən toz-dumanı nə vaxt çəkiləcək? - VİDEO

Veb TV | 20:16 • 26 İyul 2018
Bakını bürüyən toz-dumanı nə vaxt çəkiləcək? -

Bu gün paytaxtın səması sözün əsl mənasında görünməz olub.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosferə qalxan tozun miqdarının normadan 7 dəfə çox olduğunu açıqlayıb. Bu isə bir çox insanda diskomfort hissi yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti iki gündür davam edən tozlu hava ilə bağlı açıqlama verib. Bildirilib ki, şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarı axşam saatlarında artıb. Qeyd olunub ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır.

Belə şəraitin sabahadək davam edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, toza qarşı həssas olan uşaq və böyüklər bu cür havalarda əziyyət çəkirlər. Bu səbəbdən həkimlər belə insanlara çölə çıxarkən maska taxmağı tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar