Xəzər Xəbər

Sahələrdə qalmış pomidorun qəbulu başlanıb - VİDEO

Veb TV | 20:32 • 26 İyul 2018
Sahələrdə qalmış pomidorun qəbulu başlanıb -

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Masallıda sahələrdə qalmış pomidorun qəbuluna başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, qurumun nümayəndələri fermerlərdən mahsulu alaraq bazarlara deyil, birbaşa istehsal müəsissələrinə təhvil veriblər. İlk dəfə olaraq pomidor tədarükü rayonun Göyəçöl kəndində həyata keçirilib. Proses digər rayonlarda da davam etdiriləcək.

Məhsulun qiyməti emal müəssisəsi ilə fermerlər arasındakı razılaşma əsasında təyin edilib.

Sahələrdən yığılan məhsul Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin maşınları vasitəsi ilə daşınaraq emal müəssisəsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti