Mingəçevirdə qayda pozan piyada və sürücülərə qarşı reyd keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, reyd avtomobil və piyadaların sıx hərəkət etdiyi ərazilərdə reallaşdırılıb.
Yoxlamalar zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və müxtəlif qayda pozuntularına yol verən sürücülər saxlanılıb. Həmçinin, piyada keçidindən istifadə etməyən xeyli sayda sakinə də inzibati protokol yazılıb. Yoxlamalar zamanı çəkilişə mane olanlar da tapilib.
İnspektor Xətai Məmmədov deyib ki, qəzaların qarşısını almaq üçün keçirilən reydlər zamanı 80 maşın saxlanılıb, 30 sürücü, 20 piyadaya protokol tərtib olunub.
Reydlər davam etdirləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: