Xəzər Xəbər

Qazax sakinini ilan sancıb - Zərdab tapılmadığı üçün vəziyyəti ağırdır - VİDEO

Veb TV | 20:37 • 25 İyul 2018
Qazax sakinini ilan sancıb -

Qazax sakinini ilan sancıb, zərdab olmadığından vəziyyəti ağırlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, Qazax sakini Eldar Xudaverdiyev Tovuzda sahədə işləyərkən onu ayağından ilan sancıb. Ancaq maraqlısı budur ki, xəstəxanada ilan zəhəri əleyhinə zərdab olmadığından həkimlər ona bu köməyi göstərə bilməyiblər. Xəstəxanada zərdabın olmadığını həkimlər də təsdiqləyib.

Odur ki, 18 yaşlı gəncin həyati təhlükəsi qalmaqda davam edir.

Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildiriblər ki, bəzən bir neçə rayonun zərdabı bir rayona verilir. Yəni Tovuz rayonunun zərdabı Qazaxa verilib və xəstəxanaların zərdabla təminatında heç bir problem yoxdur.

Bu arada, Bakıda aprel ayından bu yana 52 ilan sancması halı qeydə alınıb.

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maqsudov ilan sancması zamanı vətəndaşları həmin nahiyəyə müdaxilə etməməyə və xəstəni qısa zamanda tibb müəssisəsinə gətirməyi tövsiyə edir.

Qeyd edək ki, bəzən vətəndaşların ilan sancan yeri kəsməsi, sarımsaq və ya digər maddələr sürtməsi xəstənin vəziyyətini daha da ağırlaşdırır və onun sağalmasını ləngidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar