Paytaxtın Əhmədli qəsəbəsində yaşayış binalarından birinin zirzəmisindəki kanalizasiya boruları sıradan çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, nəticədəbinadakı çirkli sular zirzəmidə toplanır ki, bu da antisanitar vəziyyətə səbəb olub, üfunət qoxusu ətrafı bürüyüb.
Söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən yaşayış binasından gedir.
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, əraziyə ən qısa zamanda işçilər cəlb olunacaq. Yerində təhlil aparılıb, problemin əsl səbəbi müəyyən ediləcək. Bundan sonra yaranan problem tam şəkildə aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: