Xəzər Xəbər

Bakıda Beynəlxalq Media Forumu başlayıb - VİDEO

Veb TV | 19:37 • 21 İyul 2018
Bakıda Beynəlxalq Media Forumu başlayıb -

İyulun 21-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu işə başlayıb.


Xezerxeber.az xəbər verir ki, forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, "Yeni Çağ” media qrupu, Azərbaycan-Türkiyə Evi, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.


Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Avrasiya Jurnalistlər Dərnəyinin sədri Murad Palavar, Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan və digərləri çıxış ediblər.


Əflatun Amaşov deyib ki, Azərbaycan hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyə dövlətinin yanında oldu. Həmçinin Azərbaycan mediası da hər zaman Türkiyənin yanındadır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov isə iki ölkənin diaspor qurumlarının birgə əməkdaşlığının böyük önəm daşıdığını qeyd edib.

Bəhruz Həsənov vurğulayıb ki, məhz bu yolla ortaq düşmənlərə qarşı mübarizə daha effektiv olacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral isə Türkiyə media nümayəndələrinin Azərbaycana gəlişini iki ölkə münasibətlərinin daha da dərinləşməsində böyük önəm daşıdığını qeyd edib.

Türkiyənin 40-dan çox jurnalistinin iştirak etdiyi forum 2 gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti

Çox oxunanlar