Ölkəmizdə əksər turistlər ucuz başa gəlsin deyə qonşu ölkələrə şəxsi avtomobilləri və avtobuslarla səfər edirlər. Bu zaman isə onlar hotel əvəzinə, şəxsi evləri seçə bilərlər. Amma belə evlərdə qalmaq ucuz başa gəlsə də, bəzi risklər də var. Ona görə də bu kimi halların baş verməməsi üçün mütəxəssislərin turistlərə bəzi tövsiyələri var.
Xezerxeber.az-ın məlumatına görə, ölkəmizdə bir çoxları istirahət üçün Gürcüstan və Türkiyə kimi qonşu dövlətləri seçirlər. Bu ölkələrə səfər zamanı qalmaq üçün hotellərlə yanaşı, qiyməti daha ucuz və bir növ özünəxidmətə əsaslanan şəxsi yaşayış evləri də təklif edilir.
Turizm üzrə ekspertlərin sözlərinə görə, belə evləri əksər onlayn turistik xidmət göstərən saytlardan tapmaq olar. Amma bir çox hallarda bu saytlarda vəd edilən şərait yaradılmır və ya bəzən ümumiyyətlə, evi tapmaq mümkün olmur.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kimi hallarla qarşılaşmamaq üçün turistlər müqavilə əsasında xidmət göstərən şirkətlərə üstünlük versələr yaxşıdır. Ölkəmizdə əksər turimz şirkəti istənilən şəhərdə və bölgədə belə fərdi evləri təqdim edir.
Bundan başqa, əsasən Türkiyədə "apartman" tipli hotellər geniş yayılıb ki, belə hotellərin otaqlarında həm də daxili mətbəx olur və turist oradan rahat şəkildə istifadə edir.
Qeyd edək ki, hotellərlə müqayisədə belə evlərdə qalmaq turistlərə 40-50 % qənaət etməyə imkan verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: