Gəncədə quldurluq edən 3 nəfər saxlanılıb. Onlar zorakılıq yolu ilə 2 nəfəri soyublar.
Quldurluq edən şəxslər saxlanılıb.
2 gün əvvəl Gəncə şəhərində 3 naməlum şəxs Şəmkir sakini Çoban Bəhramzadəni döyərək 550 manat pulunu və mobil telefonunu alıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər şəhər sakini - Rövşən Məmmədtağıyev, Ramin Nəbiyev və ərəstun İmamverdiyev saxlanılıblar. Araşdırmalar zamanə məlum olub ki, onlar həmin gün gecə saat 1 radələrində şəhər sakini olan bir qadını Rövşən Məmmədtağıyevə məxsus avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparlarıblar. Orada isə qadını vintaçanla hədələyərək 60 manat pulunu və qızıl üzüyünü aldıqdan sonra ona qarşı zorlakılıq tətbiq ediblər.
Saxlanılan şəxslər quldurluq etdikləri vaxt sərxoş olduqlarını deyiblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Ramin Nəbiyev və ərəstun İmamverdiyev əvvəllər də məhkumluq həyatı yaşayıblar.