Xəzər Xəbər

Astarada məktəbli oğlan yoxa çıxıb - VİDEO

Veb TV | 20:34 • 17 İyul 2018
Astarada məktəbli oğlan yoxa çıxıb -

Astarada 8-ci sinif şagirdi valideyninin onu danlayacağından qorxaraq evdən qaçıb. Ailəsi və yaxınları üç gündür onu axtarsa da, gördüm deyən yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, Astaranın Siyaku kənd sakini, 14 yaşlı Tural Hümmətzadə iyulun 14-də evdən qaçıb. Valideynləri bildirirlər ki, 8-ci sinif şagirdi olan Tural boksla məşğul olub. Həmin gün də idmana gedən yeniyetmə evə vaxtında qayıtmayıb. Bunu görən anası oğlunun idman zalına gedib və onu evə gətirib. Vaxtında evə gəlmədiyi üçün oğlunu danlayan ana onu atasına deyəcəyi ilə hədələyib. Günün sonunda atasının gəldiyini görən Tural Hümmətzadə valideynin onu danlayacağını güman edərək evdən qaçıb.

Üç gündür Astara və ətraf rayonlarda Turalı axtaran qohumları, hətta onu tapmaq ümidi ilə paytaxt Bakıya da üz tutublar. Lakin bütün axtarışlar nəticəsiz qalıb.

Tural Hümmətzadənin təbiətcə sakit oğlan olduğunu deyən valideyləri onun idmanda böyük uğurlar əldə etdiyini bildiriblər. Belə bacarıqlı yeniyetmənin də məsuliyyətsizlik edərək evdən qaçmasını heç gözləmədiklərini deyiblər.

Yaxınları Tural Hümmətzadənin tapılması üçün hüquq-mühafizə orqanlarına da müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar