Xəzər Xəbər

Azərbaycanda enerji təchizatına nəzarət gücləndirilir - VİDEO

Veb TV | 20:29 • 17 İyul 2018
Azərbaycanda enerji təchizatına nəzarət gücləndirilir -

İstilik və elektrik enerjisi, eləcə də qaz təchizatı sahəsinə nəzarət tədbirləri güclənir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətləri genişləndirilib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdiri Fariz Şirinov qeyd edib ki, agentlik həmçinin qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləsdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.

Agentliyin səlahiyyətlərinin genişləndirilməsində əsas məqsəd istehlakçıların keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qazla təchiz edilməsini, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Agentlik elektrik və istilik enerjisi təchizati şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsini də araşdıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti