Bir neçə gündür havanın temperaturu 3-4 dərəcə enib.
Xezerxeber.az-ın məlumatına görə, nisbətən sərin keçən hava şəraiti davam edəcək. Yaxın 2 gün ərzində paytaxtda havanın maksimal temperaturu 33 dərəcə olacaq.
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarmadasında hava əsasən yağmursuz və dəyişkən buludlu olacaq. Sabah axşam yarımadanın bəzi yerlərində isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Nisbətən sərin hava şəraiti hələ 2 gün də davam edəcək.
Rayonlarda isə sabah hava yağmursuz olsa da, iyulun 19-20-də yağış yağacağı gözlənilir.
Abşeron çimərliklərində isə yaxın 2 gün ərzində dəniz suyunun hərarəti 26-27 dərəcə olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: