Mərkəzi Bank gələn il sərt pul siyasəti həyata keçirəcək. Əsas istiqamət manatın dəyərinin qorunması və inflyasiyanın bir rəqəmli həddə saxlanması olacaq.
Gələn il ölkədə üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirlər görüləcək.
Mərkəzi Bankın 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına əsasən Yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edəcək və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesisinə təsir edəcək.
Növbəti ildə Mərkəzi Bank sərt pul siyasətinə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Lakin Mərkəzi Bankın bu iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaq.Bununla da manatın dəyərdə saxlanmasına nəzarət ediləcək.
Əsas məqsədlərdən biri də infilyasiyanın proqnozlaşdırılan səviyyədə yəni 1 rəqəmli həddə saxlanılmasıdır.
Vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan Açıq bazar əməliyyatları əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçiriləcək.Belə əməliyyatlara, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası da aiddir.Bununla da gələn ildən dövlət büdcəsinin kəsr probleminin aşağı tədiyyə balansında saxlanması nəzərdə tutulur.
Azərbaycan üçün 2015-ci ildə olduğu kimi 2016-cı ildə də tədiyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyyə balansında 5 milyard ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.