Qərb bölgəsində iki gündür yağan güclü yağış bir sıra fəsadlara yol açıb. Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərinə kənt təsərrüfatına, əkin sahələrinə ciddi ziyan dəyib. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qərb bölgəsinə yağan güclü yağış fəsadlara yol açıb.
Tovuz,Ağstafa,Qazax rayonlarının ucqar dağ kəndlərində kənt təsərrüfatına, əkin sahələrinə ciddi ziyan dəyib.
Tovuzun ucqar dağ kəndlərində xüsusi ilə Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində dəmyə üsulu ilə əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz məhsullarını sel kökükndən yuyub.
Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsində yerlə yeksan olub. Ağaclar kökündən çıxıb.Güclü külək evlərin damını yararsız hala salıb. Əksər evləri su basıb.
Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb.Kəndlərdə elektirk enerjisinin təminatında fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdnində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır.