Xəzər Xəbər

Sosial şəbəkə üzərindən terrora çağırışlar oldu VİDEO

Veb TV | 20:55 • 15 İyul 2018
Sosial şəbəkə üzərindən terrora çağırışlar oldu

Gəncədə baş verən terror hadisələri zamanı bir məsələ diqqət çəkdi. Belə ki, texribat törətmək istəyənlər sosial şəbəkələrin, onlayn medianın imkanlarından geniş istifadə etməyə cəhd etdilər. Məsələn anonim profillərdən gəncə hadisələri dəstəkləndi, terrora çağırışlar oldu, polislərin öldürülməsi bəzixəyanətkar insanlar tərəfindən yüksək qiymətləndirildi. Belə görünür ki, bəzi qüvvələr ölkəmizdə interneti cəzasız mühit hesab edirlər. Amma bu yanaşma kökündən yanlışdır.

''Ölkəmizdə onlayn media və sosial şəbəkələrin yaratdığı imkanlardan islamafob qüvvələr, terroristlər öz məqsədləri üçün istifadə etmək istəsələr də buna nail ola bilmədilər. Çünki ölkədə xalq iqtidar birliyi var və davam edəcək''. Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov qeyd edib ki, Gəncədəki terror hadisələrinin daha geniş vüsət alması üçün internet media, sosial şəbəkələr üzərindən çağırışlar oldu. Anonim profillər yaradıldı, polisələrin öldürülməsinin tərəfdarı olanlar daha çox insanı zorakılığa səslədi.Terrorçuların məhz bu yola əl atması heç də təsadüfi deyildi.

Bəziləri elə düşünür ki, sosial şəbəkələrdə, onlayn mediada kimisə terrora səsləmək, zorakılığa çağırışlar etməklə canını qaurtara biləcək. Çünki ölkəmizdə interneti cəzasızlıq mühiti hesab edən və azərbaycanı istəməyən qüvvələr var. Siyasi Elmlər Doktoru Elman Nəsirov qeyd edib ki, bu yanaşmanı seçənlərə qarşı tədbirlər görüləcək.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, öz polisinin öldürülməsinə sevinmək, vətənində terror törətmək və ya buna çağırışlar etmək bir xəyanətdir. Onun sözlərinə görə belə təxribatların qarşısı indi olduğu kimi qətiyyətlə alınacaq və məkrli planlar baş tutmayacaq.

Xəbər lenti