Məlumdur ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayı artır. Əvvəllər ölkəmizdə 10 gündən artıq qalmaq istəyənlər müvəqqəti qeydiyyata düşməli idilər. Yeni dəyişikliyə görə bu müddət 15 günə qədər uzadılıb. Bununla da 2 həftəlik dincəlməyə və ya qısamüddətlik səfərə gələnlərin işi rahatlaşıb
Ölkəmizə turist kimi, yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunu artırmaq üçün daha bir addım atılıb. Miqrasiya qanunvericiliyinə edilən dəyişikliyə görə ölkə ərazisində müvəqqəti qalmaq istəyən əcnəbilərin odluqları yer üzrə qeydiyyata alınma müddəti dəyişdirilib.
Dəyişiklikdən əvvəl isə bu müddət 10 gün idi. Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edib ki, 10günlük müddət əcnəbilər və ölkəmizə dincəlmək məqsədilə gəlmək istəyənlər üçün az idi.
Bu qərarın verilməsinin əsas səbəblərindən biri ildən-ilə ölkəmizə gələn turistlərin sayının çoxluğu ilə bağlıdır. Belə ki, ölkəmizə dincəlmək məqsədilə gəlmək istəyənlər üçün təxminən 10-14 gün tələb edilir. Hazırki 15 günlük müddət gələcəkdə daha çox turistlərin axınına təkan verəcək.
Miqrasiya ilə bağlı qanunvericiliyə dəyişikliklərartıqqüvvəyə minib.