Əsrlərdən bəri günümüzə gəlib çatan tikililərə nəzər salanda bəzən insanın damarda qanı donur.
Andres de Tapia adlı tarixçi Meksika ərazisindəki bir mağarada gördüklərindən dəhşətə gəldiyini bildirib.
Tarixçi qeyd edib ki, burada yaşayan asteklərin qurbanvermə ayinləri insanı dəhşətə gətirir: "Biz araşdırmaçı qrupumuzla birgə ötən ildən etibarən bu əraziləri bir daha araşdırmağa başladıq və 676 ədəd kəllə sümüyündən tikilmiş 6 metr hündürlüyündə məbəd tapdıq. Sümüklər araşdırılan zaman isə ikiqat təəccübləndik. Məlum oldu ki, bu qədər kəllə sümüyünün yarıdan çoxu qadınlara və körpə uşaqlara aiddir".
Bu gün ətrafımıza nəzər salsaq qanlı savaşların, insanın insan üzərində apardığı vəhşi təcrübərin hələ də durmadığının şahidi olarıq./publika.az