Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları qarşılaşdı.
Matç belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 4-cü dəqiqədə Tomas Munier açıb: 1-0. Matçın 82-ci dəqiqəsində isə Belçika millisininin ikinci qolunu ingilislərin qapısından komandanın əsas silahı Eden Hazard keçirib: 2-0.
Beləliklə, çempionatdan əvvəl turnirin gizli favoritlərindən sayılan Belçika Rusiyadan bürünc medallarla qayıdacaq.