Kənd təsərrüfatı yarmarkasında xeyli nöqsan aşkar edildi...
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri bu gün Paytaxtın Xətai rayonunda təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasında yoxlamalar aparıb. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib.
Ət və süd məhsullarınnın satıldığı hissələrin soyuducularla təmin edilməsi məqsədilə yarmarkanı təşkil edən qurumlara təklif göndəriləcək.
Yoxlamalar davam etdiriləcək və nöqsan aşkarlanan məhsullar satışdan çıxarılmaqla satıcı barəsində inzibati tədbir görüləcək.