Xəzər Xəbər

Ölkəmizdə xalq-iqtidar birliyi sabitliyin təminatıdır VİDEO

Veb TV | 20:52 • 14 İyul 2018
Ölkəmizdə xalq-iqtidar birliyi sabitliyin təminatıdır

''Gəncə şəhərindəki qanlı cinayətlər Azərbaycan dövlətçiliyinə qarşı törədilmişdir''. Bu sözləri prezident İlham Əliyev ötən gün hüquq-mühafizə orqanlarının rəhbərlərinində iştirakı ilə keçirilən müşavirədə deyib. Ölkə başçısı Azərbaycanda hüquq-mühafizə orqanlarının peşəkar olduğunu və istənilən təxribatın qarşsını almağa hər an hazır olduğunu bildirdi və ən əsası xalqla-iqtidarın birliyininölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrin arzularına çatmasına imkan verməyəcəyini vurğuladı.

Millət vəkili Musa Qasımlının sözlərinə görə dünən keçirilən müşavirə bir daha onu göstərir ki, Azərbaycan dövləti və onun orqanlarını ən çətin anlarda belə ölkədəki vəziyyəti tam nəzarətdə saxlayır.

Siyasi şərhçi Elçin Mirzəbəylinin fikrincə, xalqın dövlətə və ölkə başçısına dəstək verməsi bu kimi hadisələrin qarşısının alınmasında ən əsas faktordur ki, prezident də bunu dünənki müşavirədə xüsusilə vurğuladı.

Eyni zamanda ölkə başçısı müşavirədə terror aktlarının dini şüarlar altında törədilməsinin, islam dininə qarşı ən böyük cinayət olduğunu bildirdi. Onun sözlərinə görə, bunu edən insanların məqsədi Azərbaycanda sabitliyi pozmaq olub. Amma yalan və iftira üzərində qurulmuş kampaniyaların heç bir nəticəsi olmayıb.

Ölkə başçısı müxtəlif xarici mərkəzlərdən idarə edilən medianın da Azərbaycana qarşı apardığı qaralama kampaniyasının heç bir nəticəsi olmyacağını və dövlətin xalqa, xalqında dövlətə güvəndiyini bildirib.

Ölkə başçısı iclasda onu da vurğuladı ki, xalqımız Azərbaycanın bundan sonra da tərəqqi yolu ilə gedəcəyindən tam əmin ola biler.

Xəbər lenti

Çox oxunanlar