Çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılaraq şaxtaya düşüb. Hadisə ötən gün Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında baş verib.
Xəsarət alan şəxslərə dərhal təcili tibbi yardım göstərilib. Onlar 3 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər.
Özünü sözügedən binanın liftlərinin təmir xidmətinin əməkdaşı kimi təqdim edən şəxs isə liftdə yaranan nasazlığın səbəbinin sakinlərdə olduğunu deyib. Vaqif Mirzəyev liftin normadan artıq yükləndiyini bildirib.
Binada yaşayan sakinlər isə deyilənlərlə razılaşmır. Onlar liftlərin tez-tez xarab olduğunu vəümumiyyətlə əksərinin işləmədiyinin deyirlər.
Çəkiliş apardığımız vaxt isə tikinti şirkətininheç bir nümayəndəsinə rast gəlmədik. Binanın komendatını isə yerində tapmaq mümkün olmadı.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin "səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.